Gülnarə Xəlilova: “Bu, hərdən uğursuz olur”

Gülnarə Xəlilova: “Bu, hərdən uğursuz olur”
1300 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Gülnarə Xəlilova sənətçilərin geyim tərzindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Telemaqazin” verilişinə açıqlama verən modelyer heç vaxt müğənniləri zövqsüz adlandırmadığını bildirib:

“Onlar yaradıcı insanlardır. Hər birinin öz daxili dünyası var. Ruh halları geyimlərinə təsir edir. Bəzən hansısa stilistdən məsləhət alırlar. Bu, hərdən uğurlu, hərdən də uğursuz olur. Buna əsasən hansısa bir müğənnini zövqlü və ya zövqsüz adlandırmaq düzgün deyil. İndiyədək müğənnilərin ünvanına sərt sözlər deməmişəm. Əgər kiminsə geyim tərzini bəyənmirəmsə, özünə bildirirəm”.