Müğənni Zamiq Hüseynov bir neçə gündür ki, “Bu gün bizim günümüz” adlı klipini təqdim edib.

Axşam.az xəbər verir ki, sözləri Seymur Talıbov, musiqisi Hakan Erola məxsus bəstə sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Belə ki, sənətçinin İnstaqram hesabından paylaşığı klipi iki günə 100 mindən çox insan izləyib, 500-ə yaxın şərh yazılıb.

Xatırladaq ki, layihə sənətçinin “Youtube” səhifəsində yerləşdirilib.

Ekran işi üçün Ukraynadan model-aktrisa Tamilla Pliskaçeva dəvət olunub. Onun tərəf müqabili isə aktyor Nicat Pirəliyev olub.



                 

Xəbər lenti