"Qadına şiddət olar" - Elşad Oksananı döyməsindən danışdı

"Qadına şiddət olar" - Elşad Oksananı döyməsindən danışdı
23355 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış reper Elşad Xose Baku.ws saytına müsahibə verib.

Axşam.az sözügedən müsahibəni ixtisarla təqdim edir:

- Qadına şiddətə necə baxırsan?

- İnandırım sizi bəzən elə məqamlar olur ki, bu mümkündür.

- Oksananı döydüyün deyilir. Həqiqət nə yerdədir?

- Mütəmadi olaraq aramız dəyir, mübahisə edirik, amma burda elə də şişirdiləsi bir şey yoxdur. Elə də ciddi söz-söhbət olmayıb.

- Narkotik qəbul etməyin arıqlamağına səbəb ola bilərmi?

- 2000-ci ildən mən mütəmadi olaraq narkotiklərlə dostluq edirdim. Sözsüz ki, müəyyən çıxmaq şərti ilə. 2 il, 3 il, 4 il aralı qaldım, tərgitmişdim.
Amma müəyyən anlarda fikir, depressiya gəlir yenə də narkotik məsələsi önə çıxır. Amma bu 17 il ərzində mən bu dərəcədə arıqlamamışdısa, demək ki, arıqlamağımın narkotikə dəxli yoxdur. Ola bilər ki, hər hansı bir təsiri var amma ümumi arıqlamağımın günahı narkotik deyil. Çünki dəfələrlə elə pis periodlar olub ki, elə həmin vaxtlarda arıqlayardım.

- Ateistlikdən namaza keçid yolun necə oldu?

- Sözlərimi düz yozmayıblar. Amma Allaha sözsüz inanıram. Hər zaman da inanmışam. Dinlər, çərçivələr, fəlsəfələr bunlardan bir az uzağam. İndi kimdə Allahdır, kimdə Krişnadır, kimdə İsadı, kimdə nədi... Amma belə bir qüvvə var, bizi idarə edən bir qüvvə... Biz ona tabeyik və biz onu dərk edə bilmərik. Çünki biz yaradılmışıq, o isə yaradandır. Yaradılan kəs yaradanını dərk edə bilməz.

- Həbsxanada sənə qarşı münasibət necə idi?

- Sizə deyim ki, utanılası bir şey də yoxdur, fəxr ediləsi də. Sadəcə olaraq həyat belə gətirdi ki, müəyyən zamanda mən həbs edildim. Mənim kimi yaradıcı insan 4 divar arasında təklikdə qaldı. Dəyib-dolaşan yox idi, yaradılıcılıqla məşğul ola bilirdim. Repertuarımda olan bir-iki tanınmış, xoşagələn mahnı var ki, (“Atalar Üçdən Deyib”, “Xüsüsən”) mən elə onu həbsxanada yazmışam.

2007-ci ildə mən 8-10 gün həbsxanada oldum və sonra zaminə buraxıldım. Yadımda qalan o oldu ki, həmin ərəfələrdə çox böyük əks-səda doğuran məhkəmə-cinayət işləri var idi. Elə gətirdi ki, mənimlə üzbəüz kameralarda, eyni korpusda yetərincə tanınmış insanlar idi. Keçmiş nazirlər, generallar, rəislər... Mənim yaddaşımda maraqlı kimi qalan həmin elə o şəxslər olub. Çünki biz ünsiyyət qurub onlarla mütəmadi olaraq söhbətləşirdik.