İlan ilinin özünə uyğun dəbi

İlan ilinin özünə uyğun dəbi
2607 dəfə oxunub
  • A-
  • A
  • A+

Gələn ilin “İlan ili” olması dəb aləmində də özünü biruzə verəcək. İlan dərisindən hazırlanan geyimlər öncələr də dəb aləminə daxil olub. Lakin 2013-cü ildə bu tip geyimlər daha çox üstünlük təşkil  edəcək.

Axşam.az-ın məlumatına görə, ilan dərisindən hazırlanan geyimlərə üstünlük verərkən talismanın soyuqluq və zərifliyini də pozmamalıyıq. İlan dərisindən hazırlanan aksesuarlardan istifadə sizin görkəminizə  xüsusi rəng qatacaq. Daha çox bahalı aksesuarlardan istifadə etməklə görkəminizdə böyük dəyişikilik yarada bilərsiniz. İlanın eqzotik naxışlarını özündə əks etdirən geyim və aksesuarlardan istifadə edərkən də diqqətli olmanız gərəkir. Bu zaman üzərinizdəki aksesuarların bir-biri ilə nə dərəcədə uyğunluq təşkil etməsinə diqqət yetirin. İlan naxışını özündə əks etdirən geyimləri digər naxışlı geyimlərlə tutuşdurmaq olmaz. Bu cür geyimlərə üstünlük verən xanımlar bütünlüklə ilan dərisinə “bürünməy”in elə də yaxşı təəssürat yaratmayacağını bilməlidirlər. Bu cür dəridən hazırlanan geyimlər daha çox fərqlənməyi sevdiyi üçün onları tək geyinmək məsləhət görülür. Yəni ilan dərisindən hazırlanan paltar geyindikdə həmin dəridən hazırlanan digər geyimlərdən istifadə etmək olmaz. Gələn il ilan dərisindən hazırlanan gecə paltarları da zövq oxşayacaq.

Xarici görünüşlərində yalnız bir rəngdən istifadə edən xanımlar bu il diqqəti özlərindən yayındıracaq. 2013-cü il daha çox bir-biri ilə tutuşmayan rənglərin ili hesab edilir. İlin ən dəbdə olan rəngləri qəhvəyi, yaşıl, boz-qara olacaq. Bundan başqa zümrüdü, narıncı, sarı və qırmızı rənglər də öz əlvanlığı ilə göz oxşayacaq.

Firəngiz AĞALAR