Bu ilin dəbdə olacaq dırnaq boyaları

Bu ilin dəbdə olacaq dırnaq boyaları
7410 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar hər zaman cazibəli görünərək bəylərin diqqət mərkəzində olmağı sevirlər. Zərif məxluqların bu cür cazibəli görünüşünə xüsusi rəng qatan amillərdən biri də dırnaqlardı. Bu ilin ən dəbdə olacaq dırnaq boyaları ilə tanış olaq.

Ağ rəng
2013-cü ilin əsas dırnaq boyalarından biri də ağ rəng olacaq. Yaz-yay fəsillərində bu rəng daha çox diqqət çəkəcək. Dizaynerlər xanımlara bu ilin ağ rəngli dırnaq boyalarının müxtəlif çeşidlərini təqdim edib.

Təbii rənglər
Dırnaqlar heç vaxt dəbdən düşməyən, özünə uyğun təbii rənglərlə də gözəl görünür. Bu cür təbii rənglərdən gündəlik olaraq və dəbdəbəli mərasimlərdə də istifadə etmək olar. Belə sadə boyalara üstünlük verən xanımlar dırnaqlarını formada saxlamalı, onlara yaxşı qulluq etməlidirlər.

Qara
Dizaynerlər qara rəngə də üstünlük verərək yeni dırnaq boyalarını xanımlara təqdim ediblər.

Metal rəngi
Qiymətli metalların rəngi bu il dəbdə olacaq. Gümüş, qızıl, mis - yaz-yay podiumunda nümayiş olunaraq ilin ən dəbli dırnaq boyaları sırasında yer alıb.

İki rəngli dırnaq boyası

Ötən il yalnız adsız və orta barmaqlarda iki rəngli dırnaq boyasından istifadə edilirdisə cari ildə bu amil bütün barmaqlara aid olacaq.


Firəngiz AĞALAR