Payız dəbi – fəslin aktual rəngləri

Payız dəbi – fəslin aktual rəngləri
6632 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayın son ayında dünyanın məşhur dəb ikonaları payız və qış fəslində nələrin dəbdə olacağını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, daha çox retro stilli geyimlər aktuallıq təşkil edəcək. Rənglərə gəldikdə isə yaydan heç də fərqlənməyəcək. Pastel tonlar, mavi, qırmızı, tünd göy rəng dəbdə olacaq. Payız aylarında ən dəbli rənglərdən biri də ağdır. Ağ koftalara daha çox üstünlük verin.



Dizaynerlər bədənə kip oturan libaslar, ayağı trapes şalvarlar geyinməyinizi məsləhət görür. Daha çox enli, midi ətəklər üstünlük təşkil edəcək.



2013-cü il payız dəbinin aktual trendlərindən biri də ayağı qısa, dar şalvarlar olacaq.



Çanta seçiminə gəldikdə isə burada qızılı və ya gümüşü rənglərə üstünlük verin.


 
İdman stilli ayaqqabılar aktual olacaq.