Məşhur müğənninin 27 manatlıq ətəyi

Məşhur müğənninin 27 manatlıq ətəyi
11595 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur simalar necə geyinir? Alış-verişi haradan edirlər? Axşam.az bununla bağlı start verdiyi “Dəb” layihəsində sizləri xəbərdar edəcək.

Rubrikanın ilk qonağı gənc müğənni Günay İbrahimlidir. Hər zaman fərqli geyimdə görməyə alışdığımız sənətçinin stilisti elə özüdür. O bildirib ki, geyindiyin libasın bahalı və brend olması əsas deyil:

“Ən vacibi sənə yaraşan paltarı seçmək, onu uyğunlaşdırmaqdır. Mən bunu bacarıram. İnanıram ki, pis də alınmır”.
İfaçı bir neçə gün öncə keçirilən “Star 2013” mükafatlandırma mərasiminə geyindiyi paltar və aksesuarların qiymətindən danışıb: 



Saç düzümü və makiyaj – Mən buna pul xərcləmirəm. “Alza” gözəllik salonunda çalışan Günel adlı vizajist mənə hədiyyə edir.

Kofta – 26 AZN, Türkiyədən gətirilib.
Ətək – 27 AZN, Bunu da Türkiyədən sifariş etmişəm
Sırğa – 32 AZN, “Accessorize”
Boyunbağı – 25 AZN, “Accessorize”
Üzük – Anam hədiyyə edib.
Saat – “Swatch” brendidir, hədiyyə ediblər.
Kəmər – 32 AZN, Türkiyədən sifariş etmişəm.
Ayaqqabı – 37 AZN, “Zara”