Bu il dəbdə olacaq dikdaban modelləri

Bu il dəbdə olacaq dikdaban modelləri
11337 dəfə oxunub
  • A-
  • A
  • A+

Öncəki illərdə olduğu kimi bu il də platformalı dikdabanlar xanımların diqqət mərkəzində olacaq.

Axşam.az-ın məlumatına görə, o qədər də rahat olmayan belə modellərin xanımların ən çox üstünlük verdiyi ayaqqabılar sırasında özünəməxsus yeri var.

Xüsusi ilə də bəstəboy xanımların diqqətini çəkən paltformalı dikdaban modellər ecazkar görünüşünüzə fərqli rəng qatacaq.  Zəncirlər və fərqli lentlərlə bəzədilən modellər bu il dəbdə olacaq. Bundan başqa üzəri xırda mismarlarla bəzədilən, dəridən hazırlanan, laklı platformalı dikdaban ayaqqabı modelləri də diqqət mərkəzində olacaq.

Uzunboğaz paltformalı dikdabanlar isə ecazkar görünüş vəd etməklə yanaşı xanımları soyuq havalardan da qoruyacaq.

Fərqli görünüşə sahib olmaq istəyirsinizsə, o zaman siz də bu cür modellərdən birini seçin.