Bu ilin qaşlı sırğa modelləri

Bu ilin qaşlı sırğa modelləri
12195 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımların ən çox sevdikləri daş-qaşlardan biri də sırğalardı. Hələ balaca qız uşağı olarkən qulağa taxılan sırğalar zərif məxluqların gündəlik həyatının ayrılmaz parçasıdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müxtəlif növləri olan sırğaların dəbi hər ilə görə fərqli olur.

Ötən il çox az üstünlük verilən rəngli qaşlardan hazırlanan sırğalar bu il daha çox dəbdə olacaq. Bu qaşların əsas rəngi isə çəhrayı, mavi və yaşıl hesab edilir.

Dizaynerlər uzun və sallaq sırğaları sevən xanımlara rəngli qaşlardan hazırlanan modelləri təqdim edir. Salxımvari formada olan bu cür sırğalar xanımların cazibəli görünüşünə fərqli rəng qatacaq.
Klassik sayılan halqa sırğalar da bu ilin qaşlı modelləri sırasında yer alıb. Qaşlarla əhatələnən halqa sırğalar hər il olduğu kimi yenə də xanımlara ecazkar görünüş vəd edir.

İncilərdən hazırlanan sırğalar da qaşlı sırğalar sırasına daxildi. Tək qaşdan ibarət olan sırğalar isə sadəliyi sevən xanımlar üçün təqdim edilir.

Nigar Məhərrəm