Yayın dəbli geyimləri

Yayın dəbli geyimləri
7298 dəfə oxunub
  • A-
  • A
  • A+
Dəb hər zaman dəyişir.

Bu yay isə moda aləmində geyimlər daha da qısalacaq.

Axşam.az-ın məlumatına görə, dünya dizaynerlərinin yay kolleksiyasında qısa ətək və şortiklər üstünlük təşkil edib. 1980-90-cı illərin dəb tendensiyalarına yenə də rast gələcəksiniz. Dizaynerlər şortiklərdə atlas, yumşaq materiallara üstünlük veriblər. Onları uzun koftalarla geyinməyiniz daha yaxşı olar.

İlin ən aktual trendlərindən olan "baska" koftaları midi ətək və ya dar şalvarla geyinməyiniz məsləhətdir.

Bu yay böyük ciblər təkcə şalvarlarda yox, eyni zamanda libaslarda da dəbdə olacaq.

Rənglərə gəldikdə isə bu yay yenə də ağ rənglərə üstünlük verin. Bununla yanaşı sarı, çəhrayı, firuzəyi və mavi rənglər də aktual olacaq.