Dəbsevərlər Bakıda bir araya yığışdı - fotolar

Dəbsevərlər Bakıda bir araya yığışdı -  fotolar
2466 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 13-də paytaxtda "Baku Fashion Night 2014” keçirilib.

Axşam.az-ın məlumatına görə, “Excelsior Hotel Baku” və “Fashion model school by Lyubov Gutorova” model agentliyi tərəfindən keçirilən tədbirə tanınmış simalar qatılıb.

2014-cü ilin ən böyük moda tədbirində azərbaycanlı dizaynerlər - Zümrüd Mirzəliyeva, Hökumə Hacıyeva və Günel Behbudovayla bərabər, həm də ukraynalı dizayner Svetlana Dmitrenko iştirak edib.

Dəfilə beynəlxalq status qazanıb. Lyubov Qutorova bu tədbiri yerli dizaynerləri dəstəkləmək niyyəti ilə keçirdiklərini bildirib:

“Biz silsilə moda tədbirləri təşkil edirik. “Baku Fashion Night 2014” onlardan biri olacaq və yaxın gələcəkdə bu tədbir davamlı keçiriləcək. Giriş biletlərinin qiyməti çox münasibdir – bununla biz müasir dəb mədəniyyətinin inkişafı və təbliği üçün daha böyük kütləni cəlb etmək niyyətindəyik”.