Günay Firudinqızının 1406 manatlıq əyin-başı - fotolar

Günay Firudinqızının 1406 manatlıq əyin-başı - fotolar
9336 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Günay Firudinqızı geyim tərzindən danışıb.

Axşam.az-ın məlumatına görə, qara ziyafət geyimində fotokamera qarşısına keçən aparıcı əyin-başına çəkdiyi xərci açıqlayıb:

Libas – 650 AZN

Ayaqqabı – 700 AZN

Sırğa – 16 AZN

Qolbaq – 20 AZN

Üzük – 20 AZN

Günay şık gecə imicinə 1406 manat xərcləyib.



“Brend xəstəsi deyiləm. Daha çox paltarın mənə yaraşıb-yaraşmadığına fikir verirəm. Elə insanlar var ki, brend geyinirlər, amma əyinlərində gözəl görünmür. Belələrini heç anlamıram. Elələri də var ki, ən ucuz yerdən aldıqları geyim belə əyinlərində bahalı effekt verir. Geyimimdə ən çox aksessuar və ayaqqabıya üstünlük verirəm. Ayaqqabının brend olması mənim üçün çox önəmlidir” deyə Günay əlavə edib.