Fəxriyyə Xələfova mövsümün dəbindən danışdı

Fəxriyyə Xələfova mövsümün dəbindən danışdı
3683 dəfə oxunub
  • A-
  • A
  • A+

Hal- hazırda yeni ətirlər üzərində işləyən modelyer Fəxriyyə Xələfova Axşam.az saytına təzə mövsümdə nələrin dəbdə olacağından danışıb.
 
Modelyer bu il romantik, avanqard konsepsiyalı geyim tərzlərinin üstünlük təşkil edəcəyini deyib:

“Bu mövsüm üst geyimi kimi dəbdə olan çox yüngül, astarsız trençlər əlvan rənglərdə olsa, daha gözəl görünər. Müxtəlif şərflərdən də istifadə etmək olar. Həmçinin trikotaj geyimlər həm nazik olduğuna, həm də isti saxladığına görə çox əlverişlidir”.

Naxışlar arasında böyük həcmli çiçək şəkillərinin və həndəsi fiqurların aktual olacağını deyən F.Xələfova bir paltarda bir neçə zolağın ola biləcəyini vurğulayıb. Aksessuarlara gəldikdə isə şlyapaların dəbdə olacağını bildirib:

 “Nadir hallarda istifadə olunan şlyapalar bu mövsüm dəbdə olacaq və iri həcmdə gözlüklərlə harmoniya təşkil edəcək”.

 Yanında iki kompyuter, bir neçə telefon, kosmetika, kitab və bir neçə ətir gəzdirən modelyer bu il irihəcmli çantalarla gəzməyi məsləhət görüb. F.Xələfova söhbət əsnasında ziyafət geyimlərindən də danışmağı unutmayıb:

“Sadəliyə meylli olaraq dəyişəcək. 2014-cü ilin başlanğıcında qızılı, gümüşü rənglər dəbdə idisə, indi daha çox çiçəkli, meyvəli, vanilli, incə bej tonları, qum, dəniz, zümrüd rəngləri dəbdə olacaq. Ayaqqabılara gəlincə hündur dabanlı ayaqqabılar yerini orta dabanlılara verəcək. Əsasən retro stilli ayaqqabılar aktual olacaq”.

" Dəblə dost olmaq lazımdır" deyən modelyer sonda onu izləməyin asanlığından da bəhs edib:

“Hazırda sosial şəbəkələr, xüsusilə də İnstaqram vasitəsilə dəbin son yeniliklərini izləmək mümkündür”.

İnstaqramda 10 min izləyicisi olan xanım burda da dünya dəbində baş verən son yenilikləri, kolleksiyalarını paylaşır.


Aynur KƏRİMLİ