Türkiyədə 1493 nəfər koronavirusdan sağaldı - 74 xəstə öldü

Türkiyədə 1493 nəfər koronavirusdan sağaldı -   74 xəstə öldü
237 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 74 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, son 24 saatda 115 979 şübhəli koronavirus testindən keçib, onlardan 2165-nin cavabı pozitiv çıxıb, 1493 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1648 nəfər olub.

Türkiyədə ümumilikdə 357 693 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9658 nəfər ölüb.