Təcili yardıma müraciət edənlərin sayı artıb - Koronavirusa görə

Təcili yardıma müraciət edənlərin sayı artıb -  Koronavirusa görə
712 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər koronavirusa yoluxmada artım müşahidə edildiyindən təcili tibbi yardıma müraciət edənlərin də sayı çoxalıb.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib ki, əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb.

Baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib ki, yoluxmada vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Bütün qapalı yerlərdə tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

O qeyd edib ki, müraciətlərin çoxalmasına baxmayaraq, tibbi yardım xidmətinin əməkdaşları xəstələrə vaxtında müdaxilə etməyə çalışırlar.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: