Ordumuzun Xankəndi və Xocavənd rayonlarını atəşə tutması yalandır - MN

Ordumuzun Xankəndi və Xocavənd rayonlarını atəşə tutması yalandır -  MN
985 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur".

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.