XİN Ceyhun Bayramovla Pompeonun görüşü ilə bağlı məlumat yaydı

XİN Ceyhun Bayramovla Pompeonun görüşü ilə bağlı məlumat yaydı
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Xarici İşlər Nazirliyi XİN rəhbəri Ceyhun Bayramovun ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüylə bağlı məlumat yayıb.

Axşam.az-ın məlumatına görə, XİN-dən verilən məlumatda bildirilib ki, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.