Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
447 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Axşam.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.