Baş Prokurorluq Gəncə ilə bağlı daha bir məlumat yaydı

Baş Prokurorluq Gəncə ilə bağlı daha bir məlumat yaydı
881 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutub.

Baş Prokurorluqdan Axşam.az-a bildirilib ki, ilkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək", - məlumatda deyilir.