Ermənistanın növbəti yalanı haqda - Açıqlama

Ermənistanın növbəti yalanı haqda -  Açıqlama
739 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi".

Axşam.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

"Eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb. Bu kimi xəbərin də heç bir əsası yoxdur", - deyə Dərgahlı əlavə edib.