Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri günlərdir Tərtərin yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, düşmən ağır artilleriyadan istifadə etməklə sentyabrın 27-dən bu günədək Tərtərə 13 minə yaxın mərmi atıb.

Nəticədə 113 ev tamamilə dağılıb. 600-dən çox yaşayış evinə ciddi ziyan dəyib. Zərər dəyən çoxmənzilli yaşayış binalarının sayı isə 64-dür.

19 sosial, 18 istehsal obyektinə mərmi atılıb. 40 ticarət obyekti isə dağıdılıb. Düşmənin atdığı mərmilər nəticəsində 18 inzibati binaya ciddi ziyan dəyib.

Qeyd edək ki, düşmən hazırda da təxribat törətməkdə davam edir. Buna baxmayaraq, Tərtər sakinləri gündəlik həyatlarına davam edirlər.

Yaralı sayılsa da, qəhrəman şəhər hesab edilən Tərtərdən hazırladığımız fotoreportajı təqdim edirik:

 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti