“Videoların hərbi qulluqçularımızın döyüş fəaliyyətinə aidiyyəti yoxdur”

“Videoların hərbi qulluqçularımızın döyüş fəaliyyətinə aidiyyəti yoxdur”
1193 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılıb.

Axşam.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tərəfimizdən guya erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilib.

Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır.