“Şuşasız bizim işimiz yarımçıq qalar” - İlham Əliyev

“Şuşasız bizim işimiz yarımçıq qalar” -  İlham Əliyev
1557 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən Azərbaycanın kəndlərini bir-birindən fərqləndirmirəm”.

Axşam.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

“Amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”, -deyə dövlət başçısı bildirib.