Düşməndən azad etdiyimiz cənnət kimi yerlər – Fotolar

Düşməndən azad etdiyimiz cənnət kimi yerlər –  Fotolar
4024 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu tərəfindən bir çox kəndlərimiz, Cəbrayıl şəhəri, bir neçə strateji yüksəkliklər, Hadrut qəsəbəsi erməni işğalından azad edilib.

Axşam.az azad edilən cənnət kimi yerlərin fotolarını təqdim edir:

Düdükçü kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Kənddə Nadir şah Əfşar dönəmində (1743-cü il) tikilmiş kilsə və Qarabağ xanlığı dönəminə aid məzarlığın yerləşdiyi bildirilir.

Tərtər rayonu Suqovuşan kəndi - 1994-cü ilin aprel ayında Ermənistan ordusu tərəfindən işğal edilib. Bu ilin oktyabrın 3-də Azərbaycan Ordusu Suqovuşanı düşməndən azad edib. Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kbm olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Murovdaği - Cəbhənin Goranboy istiqamətində sentyabrın 27-də qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində düşməndən azad olunub.

Cəbrayıl - 23 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayılı düşməndən azad edib.

Talış kəndi - oktyabrın 3-də Azərbaycan Ordusu tərəfindən düşməndən azad edilib. Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub.