Türkiyədə 1245 nəfər koronavirusdan sağaldı - 65 xəstə öldü

Türkiyədə 1245 nəfər koronavirusdan sağaldı -  65 xəstə öldü
658 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər ölüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  112 098 şübhəli koronavirus testindən keçib, onlardan 1391-nin cavabı pozitiv çıxıb, 1245 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1516 nəfər olub. 

Türkiyədə ümumilikdə 318 663 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 279 794 nəfər sağalıb, 8195nəfər ölüb.