Füzuli rayonundakı xəstəxana atəşə tutulub

Füzuli rayonundakı xəstəxana atəşə tutulub
2244 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuq ikinci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, tibb müəssisəsinə ciddi ziyan dəyib.

İcra nümayəndəsi Əbülfət Alıyevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində xəstəxana dağıntılara məruz qalıb.