Toyuqlara həyətdə yem verirdi, ermənilər öldürdü - Fotolar+Video

Toyuqlara həyətdə yem verirdi, ermənilər öldürdü -  Fotolar+Video
5589 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan ordusu bu gün axşam saatlarında növbəti dəfə Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, atəş nəticəsində rayonun Üzeyir Hacıbəyov küçəsinin sakini, 1959-cu il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı həlak olub.

Qonşularının verdiyi məlumata görə, Ayna Mehdiyeva Tərtər rayon Mərkəzi Xəstəxanasında xadimə işləyib. Mərhumun yaşadığı evin həyətinə mərmi düşən zaman o, həyətdə toyuqlara yem verirmiş. Ayna Mehdiyeva ailə həyatı qurmayıb, həmin ünvanda bacısı ilə yaşayırdı.