Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb.

Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarında bildirilib.

Qeyd edilib ki, aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyətini dayandıracaq:

3 oktyabr 00:00-dan 5 oktyabr saat 06:00-dək;

10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək;

17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.



                 

Xəbər lenti