Müdafiə Nazirliyinin saytındakı texniki problemlə bağlı açıqlama

Müdafiə Nazirliyinin saytındakı texniki problemlə bağlı açıqlama
1205 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.

Axşam.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Vaqif Dərgahlı AzərTac-a açıqlamasında deyib.

V. Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.