"Namusuma söz deyəni bağışlamaram"

"Namusuma söz deyəni bağışlamaram"
2383 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Özlem Yıldız sosial şəbəkədə ünvanına tənqid yazanı bağışlamayacağını deyib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi "Analığıma və namusuma söz atanları heç vaxt bağışlamıram" sözlərini deyib.

Özlem ona şərh yazan bir nəfəri məhkəməyə verdiyini açıqlayıb:

"Məni bəyənməyə bilərlər, xoşlarına gələcək tipdə olmaya bilərəm. Bunlara hörmətlə yanaşıram. Amma namusuma nəsə deyilməməlidir".