Aysel Kərimdən yeni kitab - “Kəpənəyin göz yaşı”

Aysel Kərimdən yeni kitab -  “Kəpənəyin göz yaşı”
1002 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc yazar Aysel Kərimin  “Kəpənəyin göz yaşı” adlı yeni şeir kitabı işıq üzü görüb.

Axşam.az xəbər verir ki, bu kitab Aysel Kərimin oxucularla ikinci görüşüdür. Kitabın ön sözünü Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yazıb. Kitabda Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının da geniş fikirləri yer alıb. Yeni kitabda Aysel Kərimin sözlərinə mahnı bəstələdiyi, Xalq artistləri və Əməkdar artistlər tərəfindən oxunan şeirlər də yer alıb. “Kəpənəyin göz yaşı”nı tezliklə kitab mərkəzlərindən əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Prezident təqaüdçüsü, Gənclər mükafatçısıdır. Bundan öncə “Bir ovuc yağış” adlı şeir kitabı da işıq üzü görüb. Həmin kitab barəsində Xalq yazıçıları, Xalq şairləri tərəfindən müsbət fikirlər səsləndirilib.