“TRT”də yayımlanması planlaşdırılan "Oyanış: Böyük Səlcuq" serialının aktyorları və çəkiliş qrupu çətin iş şəraiti və ödənişlərini ala bilməmələri səbəbindən işdən çıxıblar.

Axşam.az xəbər verir ki, maaşları verilməyən və lazımi şəraitlə təmin olunmayan serialın çəkiliş qrupu üsyan edib:

“Uzun müddətdir ki, ödənilməyən pullar var. Buna görə ötən həftə işi dayandırmışdıq. Daha sonra bizə dedilər ki, pulumuz hər çərşənbə axşamı ödəniləcək, amma sözlərinə sadiq qalmadılar. Hazırda hamımız işdən çıxmışıq”.

Bundan əlavə, heyyət xarab olmuş yeməklərin verilməsinə, tualet və su ehtiyacının qarşılanmamasına görə də etirazını bildirib.

Qeyd edək ki, ekran işində Ekin Koç, Buğra Gülsoy, Hatice Şendil, Gürkan Uyqun, Leyla Lidya Tuğutlu, Sevda Erginci, Mehmet Özgür, Cemal Toktaş, Osman Sonant, Leyla Feray, İlker Kızmaz, Ali Gözüşirin, Çiğdem Selışık Onat kimi məşhur simalar çəkilir.



                 

Xəbər lenti