"Münaqişənin yeganə həlli ermənilərin torpaqlarımızı azad etməsidir"

"Münaqişənin yeganə həlli ermənilərin torpaqlarımızı azad etməsidir"
1915 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bu sual mənim üçün çətindir. Azərbaycan pasportum olmasa da, özümü azərbaycanlı hesab edirəm. Mən Rusiyada yaşayan azərbaycanlıyam".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov Rusiyanın "Что это значит" proqramında deyib. Müğənni biznesindən, pandemiya ərəfəsində yaşadıqlarından bəhs edib.

Proqram zamanı Eminə eyni zamanda Azərbaycanla Ermənistan arasındakı münaqişə haqda sual ünvanlanıb. İfaçı "Bu münaqişə sizin biznesinizə təsir edir" sualına belə reaksiya verib:

"Bu münaqişənin ağlabatan hesab etdiyim yeganə həlli bizim Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın erməni işğalından azad olunmasıdır. Bu hal baş versə, düşünürəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin, bizim gündəlik həyatımıza təsirinə gəldikə isə, əlbəttə ki, təsir edir. Çünki iki ölkə münaqişədədir. Ona görə də digər millətlə hər hansı bir əlaqə mübahisələrə səbəb olur. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol, Azərbaycanın ərazi bütövlüyüdür".