“Başqa sahəyə girişdim, indi batıram" - Rəhim

“Başqa sahəyə girişdim, indi batıram" -  Rəhim
2116 dəfə oxunub
  • A-
  • A
  • A+
"Pandemiya ilə əlaqədar heç bir sənətçini görmürəm. Başımı bu ərəfədə bir işə qatdım, onu desəm dərdim açılacaq, problemlərim üzə çıxacaq. Sənətdən başqa bir işdir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli "7 Canlı" proqramında deyib. Sənətçi pandemiya ərəfəsində maddi sıxıntılar yaşadığını etiraf edib. Rəhim bildirib ki, bir neçə sənət adamı evini, maşının imkansızlıqdan satıb:

"Eşitdim ki, Xuraman Şuşalı evini satır. Vəziyyətlə əlaqədar satır deyəsən. Daha iki sənətçi var ki, bu durumdadır: biri maşınını satıb, digəri evini kirayə verib, başqa yerə köçüb. Sənətçilər üçün bu ərəfə sıxıntılı keçir.

Dediyim kimi, birdən atıldım biznesə. Sahəmə uzaq aləmdir. Başımı qatdım işə, o da uzandı. İndi də o işin içərisində batırıq, boğuluruq. Bir-iki tanış, ailə olmasa, indi batmışdım.

Yalnız toydan qazanırıq, indi də yoxdur. Mən də bu ərəfədə başqa sahə ilə məşğul olmağı düşündüm. Başqa yolumuz yoxdur".