“Yeni hayat” serialında rol alan aktrisa Nilperi Şahinkaya ötən gün sevgilisi Emre Yusifi ilə obyektivlərə tuş gəlib.

Axşam.az xəbər verir ki, bir neçə gün öncə 20 yaşında lentə alınan şəklini sosial şəbəkədə paylaşan aktrisaya “estetik gözəli” kimi şərhlər yazılmışdı.

Şahinkaya müxbirlərin məsələ barədə suallarına belə cavab verib:

“Orada 20 yaşında idim. İndi isə 32 yaşım var. İnsanın üzü dəyişir. Bunun estetik əməliyyat ilə əlaqəsi yoxdur”.
Aktrisa “Estetik əməliyyat etdirərsiniz” sualına isə “Etdirməmişəm, amma əleyhinə də deyiləm. Birdən istədiyim kimi alınmaz deyə qorxuram”.



                 

Xəbər lenti