Hərbi vəzifəlilərin təlimə çağırılması təşvişə əsas vermir - Dövlət Xidməti

Hərbi vəzifəlilərin təlimə çağırılması təşvişə əsas vermir -  Dövlət Xidməti
1909 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışına çağırılması heç bir təşviş üçün əsas vermir".

Axşam.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələrlə şöbəsinin rəhbəri Füzuli İsmayılov deyib.

Onun sözlərinə görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlimə çağırılırlar:

"Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib. Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları həyata keçirilir və bu, plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, heç bir təşvişə əsas yoxdur".