“Enerjim çoxdur, dayana bilmirəm” - Dilarə Kazımova

“Enerjim çoxdur, dayana bilmirəm” -  Dilarə Kazımova
1394 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Xəbər Ətər” verilişinin qonağı müğənni Dilarə Kazımova olub.

Axşam.az xəbər verir ki, sənətçi karantin günlərindən danışıb. O bildirib ki, sənətdən uzaq qalmaq heç də onun üçün asan olmayıb:

“Dayana bilmirəm, enerjim çoxdur. İfa etməyi, klip çəkdirməyi, fotosessiya etdirməyi sevirəm. Əlbəttə ki, karantin müddətində icazə verilməyəndə işləməyi dayandırmışdıq. Yeni fikirlər toplayırdım və artıq fotosessiyalarımı ard-arda edirəm”.