Yeni doğulmuş körpə öldü

Yeni doğulmuş körpə öldü
1189 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Axşam.az xəbər verir ki, Sabirabad rayon prokurorluğundan verilən məlumatda prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirildiyi bildirilib.

Aparılmış araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulmuş uşağın ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.