Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, "Sönməyən atəşim" adlı bəstənin sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Ataya həsr edilən ekran işinin rejissorluğunu Delee edib.

Z.Xanbabayeva "Deyirlər, atalar qızlarına daha çox bağlı olur, onları daha çox qoruyurlar. Bu sevgi qarşılıqlı olur. Sözlərlə ifadə oluna bilməyəcək qədər dəyərli və güclü hisslər: Ata və qızı" deyərək, yeni işi haqda fikir bildirib. 



                 

Xəbər lenti