"5 Gəlin" bağlandı, Mətanət yeni verilişlə qayıdır

"5 Gəlin" bağlandı, Mətanət yeni verilişlə qayıdır
2130 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Mətanət Əliverdiyevanın "5 Gəlin" proqramının yayımı dayandırılıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, veriliş bu mövsüm artıq efirə getməyəcək.

Əliverdiyeva isə ATV-dəki fəaliyyətini davam etdirəcək. O, "Mənim yolum" adlı yeni layihə hazırlayır. Aparıcı bu dəfə bölgələri gəzib, oradakı ənənələri, tarixi məkanları nümiş etdirəcək.

Yeni layihəsi haqqında danışan aparıcı bunları əlavə edib:

"Həftənin şənbə günü saat 18:30-da efirə gedəcək. Təkcə Azərbaycanda yox, xaricdə də çəkilişlərimiz olacaq. Beynəlxalq bir layihədir. Gələn aylarda hansı ölkələrə sərhədlər açılacaqsa, ora çəkilişlərə gedəcəyik. Real bir proqramdır. Yəni, burada baş verən hər şey gerçək olacaq. Yolda nə görürüksə, həmin hadisənin içində yer alacağıq. Şou-biznes nümayəndələri qonaq olacaq. Onlar belə bilmirlər nə baş verəcək. Yəni burada qurama bir şey görməyəcəksiniz".  

Qeyd edək ki, M.Əliverdiyeva eyni zamanda "Qız atası"nda rol alacaq.