Ölkədə küləyin sürəti güclənib

Ölkədə küləyin sürəti güclənib
735 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, saat 18:00-a olan məlumata əsasən şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər,  Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s,  Mingəçevirdə 17  m/s, Şəkidə 15 m/s -dək güclənib.

Bakıda və Abşeron  yarımadasında : Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahında 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7  metrə çatıb.