"Səninlə bağlı ağlımdakıları təsadüfi bir anda xatırlamaqdan qorxar olmuşam artığq. "Öyrəşdim" dediyim bir vaxtda sənin ağlıma gəlməyin hələ də mənə yaxşı təsir etmir desəm, tam yeridir".

Axşam.az xəbər verir ki, bu sözləri bloqqer Aysel şükür sosial şəbəkədə yazıb. Bir müddət əvvəl boşandığı həyat yoldaşı Oqtay Əhmədovu hələ də unutmadığını vurğulayan Aysel bunları əlavə edib:

"Səhv başa düşmə, sənə nifrət etmərəm, əsla. Amma səni hələ də sevməyim məni məhv edir. İndi sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm... Bir az zamana, hətta çox zamana ehtiyacım var. Sənin üçün darıxmamağa çalışıram, lakin olmur. Bacarmıram... Bəzən üzünə baxıb səndən səni sevdiyim üçün üzr istəmək keçir içimdən. Amma “eybi yox” deyərsən, deyə əl çəkirəm bu düşüncəmdən. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hər şeyə rəğmən canın sağ olsun".

Qeyd edək ki, cütlük 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Onların bu nikahdan əkiz övladı var. Aysel oqtayın ona xəyanət etdiyini iddia edərək ondan boşanıb.



                 

Xəbər lenti