Sabahdan ABŞ-da TikTok bağlanacaq

Sabahdan ABŞ-da TikTok bağlanacaq
982 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinlilərin iki proqramı - TikTok və WeChat ABŞ prezidenti Donald Trampın qara siyahısına düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir hər iki proqramın ABŞ-da qadağan edilməsi ilə bağlı məlumatlar gündəmdən düşmür.

Əvvəl Tramp proqramları birdəfəlik qadağan edəcəyini demişdi. O hesab edir ki, bu iki sosial şəbəkə vasitəsilə insanların şəxsi məlumatları oğurlanır.

Əgər bu bazar günü məsələ öz həllini tapmasa, TikTok və WeChat-ın yüklənməsi bloklanacaq.  Yalnız "Starbucks" və "Walmart" "WeChat"dan bəzi işlər üçün istifadə edə biləcəklər.

"TikTok" rəhbərliyi isə ABŞ-la münasibətlərini düzəldib, orada aktiv olmağa çalışır. Tramp isə hələ razılaşmaya getməyi düşünmür.