Yeni verilişi üçün görünüşünü dəyişdi - Video

Yeni verilişi üçün görünüşünü dəyişdi -  Video
2035 dəfə oxunub
  • A-
  • A
  • A+
Şairə Nazilə Səfərli fərqli görünüşü ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ARB telekanalında aparıcılıq edən Nazilə yeni mövsüm üçün saçlarını dəyişib. Fərqli makiyaj edən Səfərlinin stili üzərində məşhur stilist Anar Ağakişiyev işləyib.

Ötən mövsüm sözügedən kanalda həftəiçi beş gün səhər efirini aparan N.Səfərli yeni proqramla tamaşaçıların qarşısına çıxacaq. Onun yeni layihəsi "Bazar düzü" adlanır.