Saraysız qalan "Bu şəhərdə" çarəni bunda gördü

Saraysız qalan "Bu şəhərdə" çarəni bunda gördü
3558 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu şəhərdə" komandası martdan bu yana solo konsertlərini təxirə salıb.

Axşam.az xəbər verir ki, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və senarist Müşviq Abbasovun yer aldığı komanda yeni çıxış yolu tapıb.

Onlar bir müddətdir səhnəcikləri lentə alıb "Youtube"da yayımlayırlar. Bunun üçün aktyorlar hətta şadlıq sarayı da tutublar. Rafael və Coşqun səhnələri şadlıq sarayının səhnəsində oynayır.

"Bu şəhərdə" yeni çıxışlarını koronavirus infeksiyasına, karantinə və son günlər baş verən digər siyasi hadisələrə həsr ediblər.