Rusiyalı müğənni Valentina Leqkostupova vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə müğənninin qızı Aneta Bril sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, avqustun 6-da qızı Leqkostupova və onun həyat yoldaşı Yuri Firsovu Narkoloji Klinikaya aparmışdı. Buna səbəb Brilin onları sərxoş vəziyyətdə mənzildə tapması olmuşdu. Kəllə-beyin zədələnməsi aşkarlan ifaçı komaya düşdüyünə görə hematomun çıxarılması üçün əməliyyat keçirmişdi.

Mərhum sənətçinin hətta məişət zorakığının qurbanı da olduğu iddia olunub. Hazırda polis onun həyat yoldaşı Yuri Firsovu axtarır.



Xəbər lenti