Türkiyədə 923 nəfər koronavirusdan sağaldı - 22 xəstə öldü

Türkiyədə 923 nəfər koronavirusdan sağaldı -  22 xəstə öldü
695 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 70 192 şübhəli koronavirus testindən keçib, onlardan 1226-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 656 nəfər olub, 923 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 246 861 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5934 nəfər ölüb, 228 980 nəfər isə müalicə olunaraq sağalıb.