Keçmiş futbolçu Devid Bekhem baba olacaq.

Axşam.az xəbər verir ki, bu barədə idmançının böyük oğlu Bruklinin nişanlısı Nikol Pelts İnstaqram hesabında məlumat verib.

Geniş paltarda 21 yaşlı oğlanla fotosunu yayımlayan Pelts paylaşımına “Körpə B” qeydini yazıb.

Hazırda Yunanıstanda istirahət edən cütlüyün toy hazırlıqları da davam edir.

Qeyd edək ki, Nikol amerikalı milyarder Nelson Peltserin qızıdır.




Xəbər lenti