Türkiyədə 934 nəfər koronavirusdan sağaldı - 18 xəstə öldü

Türkiyədə 934 nəfər koronavirusdan sağaldı -  18 xəstə öldü
656 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 67 237 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 632 nəfər olub, 934 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 244 392  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5891 nəfər ölüb.