Kişilərin ən çox şikayətləndiyi hallardan biri göz yorğunluğu, ağrısıdır. Göz problemlərindən daha çox avtomobil idarə edən və kompüter qarşısında oturan kişilər əziyyət çəkirlər. Buna səbəb isə onların fasiləsiz olaraq eyni istiqamətə baxmalarıdır.

Axşam.az xəbər verir ki, ağır iş günündən sonra gözlərin yorğunluğunu ev şəraitində də aradan qaldırmaq olar. Bunun üçün aşağıdakıları etmək kifayətdir:

· Göz üçün ən yaxşı vasitələrdən biri kimi tərkibində A, B, C, D vitaminləri olan ərzaqlarla daha çox qidalanmaq lazımdır.

· Təzə kəsmiyi tənzifin arasına yığıb, gözün üstünə kompress et.

· Boynunun arxasına isti suda isladılmış dəsmal qoyub uzan, təzə xiyardan və ya kartofdan bir parça kəsib, gözünün üstünə qoy. Yarım saat saxla.

· Görmə qabiliyyətini gücləndirmək üçün gündə 30 qram zəncəfil arağı iç.

· Balı suya qatıb, 2 saat saxladıqdan sonra, gün ərzində gözünə 3 dəfə olmaqla 2 damcı tök. Bu, göz qızartılarını, sulanmanı aradan qaldırır.



Xəbər lenti